Özümüzü aldatmayaq, erməni bizdən qorxmur-Azər Qasımov
22.09.2020

Necə olur ki, bizdən maliyə və hərbi güc baxımından zəif, azsaylı erməni bizə meydan oxuyur, müharibə çağırışları edir? Bu sualı tez tez özümüzə veririk. Cavabımız da budur ki, erməni rusa arxalanır, rus hərtərəfli dəstək verir. Burası doğrudur. Bəs onda erməni bu müharibədə kütləvi qırılacağını da bilmirmi?

Böyük ehtimalla bilir. Onda bu deyilənlər nəyə görə baş verir, yəni qırılacağını bilə bilə müharibə çağırışı edir?

Erməni əvvəla nəinki bizdən, heç kimdən qorxmur. 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal edib heç kimə məhəl qoymursa, deməli, bu belədir. Ölməkdən də qorxmur, çünki etdiyi işin haqq işi olduğuna özlərini inandırıblar. Hərbi güc, maliyyə filan da onları çəkindirmir, çünki yenə də öz güclərinə arxayındırlar ki, bizə meydan oxuyurlar. Düşmənimizi kiçiltməyək, əksinə böyüdək ki, 30 ildən sonra qələbə çalanda böyük düşmənə qalib gəldiyimizi dünya görsün.

Gəlin özümüzü məntiqsiz yalanlarla aldatmayaq ki, erməni bizdən qorxur. Bunu dəqiqləşdirməyin bir yolu var, o da müharibə.
Müharibəmizi edək, görək kim haqlıdır, vəssalam!

Visiontv.az