Özcan Deniz 23 yaş kiçik sevgilisi ilə fotolarını paylaşdı
03.01.2022

Türkiyəli müğənni, aktyor Özcan Deniz (49) özündən 23 yaş kiçik sevgilisi Samar Dadqar (26) ilə fotolarını paylaşıb.

Visiontv.az xəbər verir ki, bir müddət əvvəl oğlunun qəyyumluğunu almaq üçün keçmiş həyat yoldaşı Feyza Aktana qarşı açdığı məhkəmə işində uduzan Özcan Dəniz 26 yaşlı iranlı Samar Dadqarla ilk dəfə instaqram hesabından paylaşım edib. Özcan Dəniz, fotoların altına “2022” qeyd edib.

Müğənninin paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb.

Fotoları təqdim edirik: