“Ozaboçennıy” biri kiminsə lüt şəklini paylaşıb “kayf” alırsa və bundan kimsə “orqazm” həddinə çatırsa, günahı peşəkar mediada deyil
“Ozaboçennıy” biri kiminsə lüt şəklini paylaşıb “kayf” alırsa və bundan kimsə “orqazm” həddinə çatırsa, günahı peşəkar mediada deyil
08.04.2022 Şöhrət El-Dəniz Tərəfindən

Bakıda gecə klubunda baş verən hadisəyə münasibət bildirmək istəmirdim. Amma məcburam.

Bu hadisədən sonra klubda olan fərdlərin şəxsi həyatı sosial mediada müzakirə obyektinə çevrildi. Təəssüfki sosial mediada fərdlər haqqında yerləşdirilən şəkillər, onların həyat tərzi barədə məlumatlar bəzi media orqanlarının səhifələrinə də gəlib çıxdı. Və bununla da bəzilərinin “Azərbaycan mediası və jurnalisti bundan artıq olmayacaq” kimi fikirləri gündəmi zəbt etməyə başladı. Hətta bəziləri daha irəli gedərək MEDİA agentliyindən 3 min manat alan saytlar başqalarının şəxsi həyatını müzakirəyə çıxardır kimi fikirlər səsləndirirlər. (saytların adını təssüfki yazmırlar) MEDİA agentliyindən, yəni dövlətdən qrant udub pul alan saytlardan biri də mənəm. Amma sizdən fərqli olaraq nə kiminsə şəxsi həyatını güdürəm, nə gündəm edənləri izləyirəm, nə də ciddiyə alıb oxuyuram.  “Ozaboçennıy” birinin kiminsə lüt şəklini hansısa sayta yerləşdirib ondan “kayf” alırsa və buna özü kimiləri baxıb “orqazm” həddinə çatıb sağlam mətbuata qara yaxırsa, bunun günahı peşəkar mediada deyil. Sağlam media və peşəkar jurnalist baş verən hadisənin səbəbini və problemi araşdırar. Yoxsa konkret kiminsə həyat tərzini müzakirəyə çıxartmaz.

Ona görə aradan vaxt keçməyinə baxmayaraq mən də bu hadisəyə öz fikrimi bildirmək istəyirəm.

Əslində bu məsələdə səbəb və problem daha dərindir. Ona görə səbəbi və problemi gizlətmək üçün kiminsə həyat tərzini, bədən quruluşunu, şəxsi həyatın ortaya atırlar. Problemin kökü isə başqadır. Deyim bilin.

Azərbaycanda əksər sahələrdə olduğu kimi gecə klubları, barları da Avropada, Türkiyədə, ABŞ-da olduğu kimi təyinatı üzrə işləmir. Bizim gecə klublarının əksəriyyəti istirahətdən çox, Hollandiyanın “məşhur” Qırmızı fənər küçəsində göstərilən xidmət üzrə fəaliyyət göstərir. Ona görə də normal fəaliyyət göstərən gecə klublarına da bu qədər əsəb və etiraz var. Əslində Bakıda açılan gecə barları məsələsi çox ciddi problemdir. Yuxarı çinli məmurlar tərəfindən dəstəklənən bu məkanlarda gənc qızların fahişəliyə cəlb edilməsi, açıq qadın alveri, narkotik maddələrin yayılması kimi çox iyrənc oyunlar çıxardırlar. Hətta elə gecə barları var ki, yerli və xarici müştərilərə Orta Asiyadan, Rusiyadan, Ukraynadan hətta İrandan belə qızlar təqdim edilir. Bu sahə şəbəkələşmiş, “krışa”sı olan bütöv bir mexanizmdir.

Ona görə real problemləri gizlətmək üçün dövriyəyə din, əxlaq, nə bilim adət-ənənə kəlmələrini soxub şou yaradırlar. Fikir verirəm əksəriyyət problemin mahiyyətinə varmır və yaxud deməyə çəkinir. Daha ucuz və boşboğaz temalardan yapışıblar. Çünki problemin bu qədər dərinliyini açıb demək gecə klublarını, barlarını işlədənlərə və "krışa”sı olan məmurlara sərf etmir. Ona görə də dövriyəyə dediyim kimi bu cür mənasız fikirlər atıb tirajlanır. Mən əminəm ki, bunun üçün adına media qurumu deyənlərə və orda işləyən  “jurnalist”lərə hətta maliyyə belə ayırırlar. Ona görə peşəkar mətbuat nümayəndələri bu cür məsələlərdə diqqətli olmalı, bu cür iyrənc əməlləri törədənlərə “jurnalist” deyib hamını bir tərəzinin gözünə qoymamalıdır.

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz

Visiontv.az