Ötən ay "YAŞAT" Fonduna daxil olan və xərclənən vəsaitin məbləği açıqlanıb
Ötən ay "YAŞAT" Fonduna daxil olan və xərclənən vəsaitin məbləği açıqlanıb
22.11.2021 YAŞAT Fondu Tərəfindən

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsaitin məbləği artıb.

Visiontv.az xəbər verir ki, indiyədək fonda 64 611 281,3 manat yığılıb.

Beləliklə, ötən ayın müvafiq dövrü ilə müqayisədə fonda yığılan vəsaitin həcmində 1 028 093,13 manat artım olub.

Qeyd edək ki, oktyabrın 23-də fondda 63 583 188,17 manat məbləğində vəsait yığılmışdı.

Bununla yanaşı, fonda daxil olan vəsaitin 48 155 164,96 manatı xərclənib. Bu isə o deməkdir ki, son bir ay ərzində fond tərəfindən şəhid ailələri və qazilər üçün daha 3 646 603,48 manat vəsait sərf olunub.

Müqayisə üçün bildirək ki, ötən ayın 23-də fonda daxil olan vəsaitin xərclənən məbləği 44 508 561,48 manat təşkil edirdi.

Hazırda fondda 16 456 116,34 manat vəsait var.