20.08.2019
Axtar
Gündəlik
alt

Oruca nə vaxt və necə niyyət edilməlidir?

Oruca nə vaxt və necə niyyət edilməlidir?

Orucun şərtlərindən biri niyyətdir. Çoxlarımızın bəlkə də bundan xəbəri olmaya bilər. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır. 

 Dindarlar Ramazan orucuna nə vaxt niyyət etmək lazımdır sualına belə aydılıq gətirirlər:

Ramazan orucuna axşamdan etibarən günorta namazına qədər niyyət etmək olar. Sahur yeməyini yedikdən sonra  da niyyət etmək mümkündür. Ancaq sahurda yatıb qalaraq imsak vaxtından sonra oyanan şəxs günəş çıxmış olsa belə günortaya qədər həmin günün orucuna niyyət edə bilər. Yetər ki, imsak vaxtından sonra orucu pozacaq bir şey etməsin.

Sabah oruc tutacağını axşam namazından sonra ürəyindən keçirən şəxs artıq sabahkı oruca niyyət etmiş sayılır. Oruc tutmaq düşüncəsi ilə sahur yeməyinə qalxanın bu düşüncəsi də niyyətdir. Oruca qəlb ilə niyyət etmək kifayətdir. Ancaq qəlb ilə edilən bu niyyəti dil ilə söyləmək daha yaxşıdır. Bu səbəblə, oruc tutacaq şəxs, həm ürəyində niyyət etməli, həm də dili ilə, “Niyyət etdim Ramazan ayının sabahkı orucuna“, deməlidir. Bunu da unutmaq olmaz ki,  hər günün orucuna ayrıca niyyət etmək lazımdır.

Hər hansı bir oruca niyyət edərkən,“Niyyət etdim Allah rizası üçün oruc tutmağa”demək kifayətdir.

Allah niyyətlərinizi qəbul etsin.

 

Şərh yazın