Ortaq Media Platforması qlobal informasiya məkanında səmərəli fəaliyytimizi təyin edən baza rolunu oynayacaq
Ortaq Media Platforması qlobal informasiya məkanında səmərəli fəaliyytimizi təyin edən baza rolunu oynayacaq
16.04.2021 Hikmət Babaoğlu Tərəfindən

Qardaş Türkiyə ilə Azərbaycan arasında Ortaq Media Platformasının yaradılması media tariximizdə inqilqabi hadisədir.

Bu hadisə hər şeydən öncə iki qadaş xalqın milli maraqlarının qlobal media müstəvisində strateji baxımdan qorunmasına xidmət edəcək. Media yumşaq güc vasitəsidir. Eyni zamanda informasiya cəmiyyətinin ən universal və effektiv alətlərindən biridir. Onu istənilən sahəyə tətbiq etməklə maksimum səmərə əldə etmək mümkündür. Çünki söhbət qlobal informasiya məkanında milli maraqların qorunmasından gedir və bu məkanda ən strateji məsələlər məhz informasiya vasitəsilə həll edilir. Ona görə də digər bütün sahələrdə olduğu kimi iki qardaş ölkənin media sahəsində də də strateji əməkdaşlığı milli və qlobal çağırışdır. Artıq bu sahdə olduqca mümhüm addımlar atılıb.

Bu istiqamətdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri , hörmətli Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi, hörmətli Hikmət Hacıyevin qısa müddətdə gördükləri böyük işlər bu mühüm vəzifənin icra edilmsi ilə bağlı konkret nətəcələrə gətirib şıxarıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında "Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" layihə Milli Məclisdə təsdiq edilib. Bundan dərhal sonar Türk Şurasına üzv olan digər dövlətlərin də iştirakı ilə belə bir ortaq qurumun yaradılmasıyla bağlı məqsəd müəyyənləşdirilib və Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın media sahələrinə məsul şəxslərinin iştirakı ilə 9-10 aprel tarixlərində Bakıda toplantı keçirilib.

Bu səmərəli və təşəbbüskar fəalyyətdə  Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, hörmətli Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rolu böyükdür. Biz ən yeni siyasi tariximizin çox mühüm bir səhifəsini yartdıq. 44 günlük müharibədə qardaş Türkiyənin verdiyi hərtərəfli dəstəklə torpaqlarımızı işğaldan azad etdik. Nəzərə almaq lazımdır ki, bu dəstəyin ən strateji istiqamətlərindən birini də informasiya müharibəsi platformasında olan dəsətək təşkil etdi. Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Fahreddin Altun  Vətən müharibəsi prosesində Azərbaycan həqiqətlrinin dünyaya çatdırılması işində xarici medianın diqqətini ölkəmizə cəlb etməklə  səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm fəaliyyət həyata keçirdi. Bütün bunlarla yanaşı  Ortaq Media Platforması təkcə qlobal media məkanında birgə fəaliyyəti deyil həm də milli media məkanımızın qarşılıqlı inteqrasiyası baxımından olduqca əhəmiyyətli bir quruma çeviriləcək. Əslində milli media resurslarımız qlobal informasiya məkanında səmərəli fəaliyytimizin təyin edən baza rolunu oynayacaq.

Millət vəkili Hikmət Babaoğlu

Visiontv.az