Oqtay Əliyevlə vida mərasimi keçirilir
23.03.2023

Ötən gün yol qəzasında vəfat edən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimi keçirilir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Oqtay Əliyevin evində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, yaxınları iştirak edir.

Qeyd edək ki, mərhum bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

***

Oqtay Əliyevlə vida mərasimi keçirilir  - FOTO  - YENİLƏNİB

10:44

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.

APA xəbər verir ki, o, bu gün saat 13:00-da ailəsinin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.

Oqtay Əliyevlə vida mərasimi keçirilir  - FOTO  - YENİLƏNİB

Oqtay Əliyevlə vida mərasimi keçirilir  - FOTO  - YENİLƏNİB