Operativ Qərargaha müraciət edildi
30.07.2021

AFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

Visiontv.az "Report"a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib ki, çempionatın startına 1 həftə qalmışadək cavab bəlli olacaq. "Yoluxma sayı artmasa, düşünürəm ki, razılıq verilər", - deyə R.Musayev əlavə edib.