"Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət
14.11.2019

Aygün Kazımovanın qardaşı həbsdən azad olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Xalq artisti Aygün Kazımovanın qardaşı Kazımzadə Kazım Ələsgər oğlunun yaxın qohumu BiG.AZ-a müraciət edib. O, bildirib ki, müğənninin qardaşı Kazım Kazımovun vəziyyəti ağırdır:

“Kazım özü prezidentə müraciət edib. Oğlu da video vaistəsi ilə müraciət edir ki, atası azadlığa çıxsın. Vəziyyəti olduqca ağırdır. Tək istəyi ailəsinin yanında ölməkdir”.