Ölkəmizdə mobil operatorlar nə qədər qazanıb?
21.01.2022

Ötən il Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən Visiontv.az-a verilən məlumata görə, ötən il informasiya və rabitə sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,1 faiz artaraq 2 milyard 384,2 milyon manat təşkil edib. Xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 982,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.