24.010.2019
Axtar
Gündəlik
alt

Ölkədən kartof və soğan çıxarılmasının qarşısı alınır -Yeni QƏRAR

Kartofun ixracına görə 1 ABŞ dolları,soğanın və kələmin idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq ediləcək

1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkəyə 1 kq şalot soğanın və ağbaş və qırmızıbaş kələminə idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir.
 

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib. 

Visiontv.az sputnik-ə istinad edərək xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. 

Qərarla 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkəyə 1 kq şalot soğanın və ağbaş və qırmızıbaş kələminə idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir.

Bununla da, Nazirlər Kabineti son zamanlar qiyməti sürətlə artmaqda olan məhsulların ölkədən çıxarılmasına faktiki olaraq mane olmağa çalışıb.



 

Şərh