Ölkədə qiyam olacağını azı 1 milyon adam bilirdi...-jurnalist Xalid Kazımlı
05.06.2020

Əsas məsələ qiyamı önləmək idi, o olmadı...

1993-cü ildə siyasətdə, hakimiyyətdə olan bəzi bəylər deyirlər ki, qiyam olacağından xəbərimiz vardı...

A kişilər, qiyam olacandan hətta Aşağı Seyidəhmədlidə yaşaya-yaşaya mənim də xəbərim vardı və bunu mayın 28-də məqalə şəklində yazmış, mayın 31-də Bakıya gəlmiş və "Yeni Müsavat"a təqdim etmişdim. Həmin yazı "Yeni Müsavat"ın 4 iyun tarixli sayının 4-cü səhifəsində "Siyasi matç-revanş - gediş qırmızılarındır" başlığı ilə dərc olunub. İyunun 4-də... Qırmızıların revanşa başladığı gün....

Hətta həmin yazıda "MTN hara baxır" kimi cümlələr də var. Yəni ölkədə qiyam olacağını azı 1 milyon adam bilirdi... Əsas məsələ qiyamı önləmək idi, o olmadı...

Visiontv.az