Noyabrın 29-u saat 09:00-a olan faktiki hava açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Visiontv.az-a verilən məlumata görə, noyabrın 29-u saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 mm-dək (aylıq normanın 50-115 %-i), Ağdamda 10 mm, Füzuli, Qusarda 5 mm, Şuşa, Altıağacda 4 mm, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 sm olub.
Sarı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi ərazilərində şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsəndə 20 m/s, Qobustan, Mingəçevirdə 18 m/s, Lerikdə 16 m/s-dək güclənib. Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.
Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxta qeydə alınıb.