Oktay Kaynarcaya görə Bakıda izdiham yaşandı - VİDEO
30.11.2019

Bakıya gələn Türkiyənin məşhur aktyoru Oktay Kaynarcanı görmək istəyənlər izdihama səbəb olub.

Visiontv.az oxu.az-a istinadən xəbər verir ki, bu səbəbdən aktyor öncə açılışını etdiyi mağazanın, daha sonra isə ticarət mərkəzinin arxa qapısından çıxarılıb.

Avtomobilə əyləşməkdə əziyyət çəkən Oktaya mühafizəçilər kömək edib. Bakıda siması olduğu markanın mağaza açılışına və ticarət mərkəzlərindən birində imza gününə qatılan aktyora görə yaşanan izdiham Türkiyə mətbuatında da öz əksini tapıb.

İzdiham səbəbindən aktyorun imza günü ləğv edilib. Aktyor onu görməyə gələn sevənlərini salamlayaraq, onlara öz təşəkkürünü bildirib. Onunla şəkil çəkdirmək istəyənlər izdihamın yaranmasına səbəb olub. Bu səbədən Oktay ticarət mərkəzinin arxa qapısından çıxarılıb.

Qeyd edək ki, Oktay Kaynarca “Kurtlar Vadisi” teleserialındakı “Çakır” obrazı ilə tanınıb. Hazırda aktyor “Eşkiya dünyaya hökmdar ola bilməz” teleserialında baş rolda oynayır.