O, istəsə, Ramiz Mehdiyevi ikinci yox, birinci şəxs kimi də görə bilər-Alqış Musayev
11.07.2020

Ramiz Mehdiyevin başı üzərindəki duman qatılaşmaqda davam edir. Bu dəfə millət vəkili Aydın Mirzəzadənin hesabina.

YAP “Siyasi təhlil və informasiya” şöbəsi müdirinin analizi işləri heç də aydınlığa doğru aparmır.
Aydın Mirzəzadənin açıqlaması mövzünü bir az da tündləşdirir.
Ramiz Mehdiyevi daha çətin və çıxılmaz bir duruma salır.
Aydın Mirzazədə “Yeni Musavata” açıqlamasında deyib. “Bu ittihamlar boş söhbətlərdir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub”…
Əksinə, Aydın Mirzazadə belə yanaşmaqla, təsdiqləyir ki, bu ittihamlar əsla boş söhbət - zad deyil.
Nə üçün ?..

Hər bir kəsin bir başqasına şəxsi münasibəti ola bilər.
Və hiss olunur ki, millət vəkilinin Ramiz Mehdiyevə qarşı daxili bir sevgisi var.
Olsun və buna görə onu heç kim günahlandıra bilməz və günahlandırmır.
O, istəsə, Ramiz Mehdiyevi ikinci yox, birinci şəxs kimi də görə bilər.
Bu, Aydın müəllimin özəl hüququ və haqqıdır.
Amma konstitusiya,dövlətçilk bir başqadır.
Heç kim Aydın Mirzazadəyə haqq vermir ki, öz şəxsi qənaətini ölkənin konstitusion nizamı kimi təqdim etsin.
Ramiz Mehdiyevin “hakimiyyətdə ikinci adam” olmasını iddia etmək birbaşa respublikamızın dövlət quruluşuna qarşı həqarətdir.
Azərbaycan konstitusiyasına görə, 2001-ci ilə qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri, 2001- ci ildə edilən dəyişiklikdən 2016-ci ilə kimi baş nazir, 2016 cı ildə qəbul edilən referendumdan sonra respublikanıN 1- ci vitse - prezidenti hesab olunur.
Göründüyü kimi, Ramiz Mehdiyevin hakimiyyətdə ikinci adam olması barədə iddianın əsasında heç bir hqüqi - normativ baza dayanmır.
Və bunu bilə-bilə ikincilik savaşı açmaq, bu, qrtıq ambisiyadır, siyasi itaətsizlik nümunəsidir.
Elə Məsələ də burasındadır ki…
Baxın, Ramiz Mehdiyev nədə suçlanır.
Səlahiyyətlərini aşmaqda, vəzifəsindən su istifadə etməkdə,mövqeyndən irəli dayanmaqda, başqalarının ərazilərinə müdaxilə etməkdə…və nəhayət Aydın Mİrzazədənin dediyi kimi, heç bir hüquqi və haqqı olmadan hakimiyyətin ikinci şəxsi kimi davranmağında…
Əminəm ki ,YAP - da böyük əksəriyyət Mizızadınin fikirlərini bölüşmür .
Yaxşı olardı ki, növbəti açıqlamasında millət vəkili dedikəlrinə düzəliş versin.
Ən yaxşısı isə, YAP içra katibliyinin Aydın Mirzəzadənin mətbuatla təmaslarına məhdidiyyət tətbiq etməyi olardı...