Nüvə gücümüz silah üçün deyil - Ruhani
14.06.2021

İran prezidenti Həsən Ruhani Avropa İttifaqı ölkələri ilə ABŞ-ı nüvə müqaviləsinə sadiq qalmağa çağıraraq, "Nüvə fəaliyyətimiz tamamilə sülhməramlıdır" dedi.

Visiontv.az TRT-yə istinadən xəbər verir ki, İran Müdafiə nazirliyi tərəfindən həyata keçirilən layihələrin açılış mərasimində video konfrans şəklində iştirak edən Ruhani, nüvə mövzusuna da toxunub. 

İranın tarixdə ilk dəfə 63%-lik zenginləşdirilmiş uran istehsal etdiyini və ehtiyac duyulduğu təqdirdə daha artığını edəcəklərini söyləyən Ruhani, "Ölkəmizi müdafiə üçün kütləvi qırğın silahına ehtiyacımız yoxdur. Nüvə sənayesi, enerjisi və texnoloji sahədə irəliləməyə çalışırıq. Nüvə gücümüz silah üçün deyildir. ABŞ və Aİ ölkələri İranı yaxşı başa düşməlidirlər. Nüvə fəaliyyətimiz tamamilə sülhməramlıdır" dedi.