Nursultan Nazarbayev koronavirusa yoluxub
18.06.2020

Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.

Visiontv.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, N.Nazarbayevin yoluxma xəbərini Qazaxıstan Respublikası Prezidentinin mətbuat xidməti təsdiqləyib.

Qeyd edilir ki, hazırda 79 yaşlı Nursultan Nazarbayevin vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, Qazaxıstan Respublikasında 15877 yoluxma faktı qeydə alınıb. 9902 nəfər sağalıb, 100 nəfər ölüb.