Noyabrda Rusiya yeni hərbi briqadalarla Ukraynaya qarşı döyüşü intensivləşdirməyi planlaşdırır
Noyabrda Rusiya yeni hərbi briqadalarla Ukraynaya qarşı döyüşü intensivləşdirməyi planlaşdırır
01.10.2022 MEDİA Tərəfindən

Rusiyanın Ukraynanın işğal etmiş ərazisində qeyri-legitim referendum keçirməsi danışıqlar prosesinə son qoydu. Bundan sonra istənilən danışaqlar Kiyevin əleyhinə işləyəcək. Moskva referendumdan sonra Kiyevə danışıqları bərpa etmək üçün müraciət edib.

Təbii ki, belə bir danışıqlar Ukrayna üçün alçaldıcı təklifdir. Danışıqlar yalnız Rusiyanın Ukrayna ərazisindən tam çıxarılmasından sonra baş tutması Kiyevin qələbəsini təmin edə bilər.

Rusiya Avropanın təhlükəsizlik arxitekturasını dağıdaraq, dövlətlərin beynəlxalq səviyyədə qəbul edilən sərhədlərin zorla dəyişidirərək anneksiya siyasəti ortaya qoydu.

Ukraynanın əks-hücumları yeni mərhələ keçir. Rusiya da səfərbərlik nəticəsində yeni birliklər yaradır. Noyabrdan Rusiyanın hücumları gözlənilir. Kreml yeni ərazilər işğal etməklə Rusiyaya birləşdirib, sonda Ukraynanın bir dövlət kimi məhv olmasını həyata keçirməyə başlayacaq. Gələn aydan Rusiyanın intensiv hücumları gözlənilir. Bir ay ərzində Ukraynaya yeni hücum cə uzaq vuran artilleriya sistemləri verilərsə, Rusiyanın planı baş tutmayacaq.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az