Bu il Ramazan bayramı ilə əlaqədar 12 gün qeyri-iş günü olacaq.
Visiontv.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, bu il martın 30, 31-i Ramazan bayramıdır.
Martin 30-u bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 1 aprel qeyri-iş günü olmalı idi.
Beləliklə, Nazirlər Kabinetinin son qərarından sonra 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.