23.010.2019
Axtar
Ölkə
alt

Novruz Məmmədovun istefasının SƏBƏBİ

Novruz Məmmədov 2018-ci ilin 21 aprelindən Baş nazir vəzifəsini tuturdu.

Novruz Məmmədovun Baş nazir vəzifəsindən istefasının səbəbi açıqlanıb.

VisionTV.az xəbər verir ki, bu barədə Rusiyanın RİA Novosti agentliyi məlumat yayıb.

Xəbərə əsasən, agentliyin Azərbaycan hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Novruz Məmmədov təqaüdə çıxması ilə əlaqədar bu addımı atıb.

Qeyd edək ki, Novruz Məmmədov 2018-ci ilin 21 aprelindən Baş nazir vəzifəsini tuturdu. Onun yerinə isə bu gün Əli Əsədov təyin edilib.

Şərh