Növbəti təxribat: Robert Köçəryanın rəhbərlik etdiyi deputat qrupu Qarabağa gəlib
Növbəti təxribat: Robert Köçəryanın rəhbərlik etdiyi deputat qrupu Qarabağa gəlib
12.08.2022 Bəybala Mirzəyev Tərəfindən

“Hraparak” qəzetinin yaydığı məlumata görə, Ermənistanın ikinci prezidenti və hərbi cinayətkar Robert Köçəryanın rəhbərlik etdiyi müxalif “Hayastan” parlament blokundan olan bir qrup deputat bu gün Qarabağa gəlib.

Sözügedən deputatlar “Laçın dəhlizi”ndəki Rusiya sülhməramlılarının onların Qarabağa daxil olmasına icazə verib-verməyəcəklərini yoxlamaq qərarına gəliblər.

“Hraparak” yazır ki, erməni deputatlar artıq sərhədi keçiblər. Yəni ki, Rusiya sülhməramlıları onlara icazə veriblər. 

Sərhədi keçən deputatlar ermənilərin Laçının Zabux kəndində qanunsuz saldıqları qəsəbəyə, daha sonra isə Xankəndiyə gediblər. 

Xocalı qatili R.Köçəryanın rəhbərlik etdiyi deputatların Laçına gəlməsi sözsüz ki, təxribatdır. Rusiya sülhməramlıları bu təxribatın qarşısını almalıydılar. Amma onlar Ermənistanın rusiyayönümlü revanşist deputatlarına göz yumurlar.

Bəybala Mirzəyev

visiontv.az