Norveçli turisti xilas etdiyi küçük öldürdü
11.05.2019

Norveçli turisti xilas etdiyi küçük öldürdü

Norveçli turist Birqitta Kallestadı istirahət zamanı xilas etdiyi küçük dişləyib. Gənc qız daha sonra quduzluqdan ölüb.

Daily Mail-in məlumatına əsasən, 24 yaşlı qız bu ilin mart ayında Filippinə istirahətə yollanıb və küçələrin birində kimsəsiz küçük tapıb.

Birqitta həmin vaxt yoldaşları ilə mopeddə gedirdi və küçüyü özü ilə götürmək qərarına gəlib. 

Bu zaman it onu yüngülcə dişləyib. Yaralar dərin olmadığı üçün qız həkimə müraciət etmədən, yaranı özü təmizləyib. 

Evə qayıtdıqdan iki ay sonra isə Birqitta özünü pis hiss etməyə başlayıb, vəziyyəti tədricən ağırlaşıb. Xəstəxanaya çatdırıldıqdan sonra, həkimlər qızda quduzluq xəstəliyi aşkar ediblər. Mayın 6-da isə qız dünyasını dəyişib.