Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Şuşada yenidənqurma, sülh və inteqrasiya mövzusunda tədbir keçirir
07.06.2023

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı tədbirin açılış mərasimi baş tutub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, tədbirin açılış nitqləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanim Vayra Vike-Frayberqa və İsmail Seragəldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən səsləndirilib.

Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmilər iştirak edir. İştirakçılar arasında Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidentləri Kolinda Qrabar-Kitaroviç və İvo Yosipoviç, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, İSESCO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri , Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Maldovanın sabiq baş naziri Kiril Qaburiç, Maltanın sabiq baş naziri Cozef Muskat, Bosnia və Herseqovinanın sabiq daxili işlər naziri Predraq Kurtes, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal, Gürcustanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti (UNESCO) Benedetto Zaççiroli, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Dünya Bankının sabiq vitse prezidenti Mats Karlson yer alır.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonunun işğaldan azad edilmiş hissəsində (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışçı qismində iştirak edirlər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Şuşada yenidənqurma, sülh və inteqrasiya mövzusunda tədbir keçirir - YENİLƏNİB

***

09:33

İyunun 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda proqram işə başlayıb.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonunun işğaldan azad edilmiş hissəsində (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, İSESCO-nun 1991-2019-cu illərdə baş direktoru Abdulaziz Altvayri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev və digər hökumət və dövlət nümayəndələri, eləcə də beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edirlər.

Dörd panel üzrə keçiriləcək proqramda yenidənqurma, sülh və inteqrasiya, mədəni irs və ortaq dəyərlər, kapital və iqtisadi inkişafın uyğunlaşdırılması, enerji və dayanıqlı inkişafın ekoloji çətinlikləri məsələləri müzakirə olunacaq.