Nikahların və boşanmaların sayı azalıb
14.11.2025

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma halları qeydə alınıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7- yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.