Niderlandda dünya şöhrətli sənətkar Rəşid Behbudova həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb
23.09.2021

Marka 2004-cü ildən Niderlandda yaşayan, fəal diaspora nümayəndələrindən olan həmyerlimiz Səltənət Rəvanqızının müəllifi və sponsoru olduğu "Azərbaycan inciləri" layihəsi çərçivəsində buraxılıb. Niderland qanunlarına əsasən vətəndaşlar dövlət səviyyəsində poçt markalarının buraxılmasını sifariş edə bilərlər. Bunun üçün markanın məzmunu haqqında lazım olan dövlət orqanlarlna məlumat verilir və bu məlumatlar yoxlanıldıqdan sonra markanln çapına icazə verilir.

Visiontv.az xəbər verir ki, Səltənət Rəvanqızı Niderlandda belə bir qanunun mövcudluğu haqqında məlumat alandan sonra "Azərbaycan inciləri" layihəsinə start verir. Beləki, dövlət səviyyəsində buraxılan markalar nəinki poçt ödənişləri vasitəsidir, eyni zamanda ölkəmizin mədəni dəyərlərinin təbliği və tanıdılması üçün olduqca güclü vasitədir.

"Azərbaycan inciləri" çərçıvəsində buraxılan markalar artiq PostNL sistemində geniş istifadə olunur və hətta ABŞ, İsrail, Azərbaycan və digər ölkə poçtlarında da tətbiq olunur.

Səltənət Rəvanqızı Bakıda doğulub. Uşaq yaşlarından rəqslə məşqul olub. Məşhur "Cücələrim" və "Çinar" ansambllarında çıxış edib.  Bakı xoreoqrafiya məktəbində xalq artisti, əfsanəvi rəqqasə və xoreoqraf Əminə Dilbazının sinifində təhsil alıb. 1992-ci ildə Azərbaycan İncəsənət institutunun aktyorluq fakultəsini fərqlənmə iıə bitirib.

Səltənət Rəvanqızı Müstəqil Azərbaycanın ilk artistlərindəndirki, Ankara Dövlət Teatrında çıxış edirb. 2004-cü ildə peşəkar futbolçu ilə ailə quraraq Niderlanda köcür. Həmin ildən də Niderlandda yaşayır və işləyir.

Niderlandda Azərbaycan diaspor təşkilatının fəaliyyətində aktiv iştrak edən Səltənət Rəvanqızı eyni zamanda rəqs müəllimi kimi fəaliyyət göstərir. O, Azərbaycan, Şərq və Latln Amerikası xalqlarlnln rəqs sənətini tədris edir. Müxtəlif layihələrdə xoreoqrafiya nömrərələrinə quruluş verir.