Nəticəsiz sona çatan Bayden və Putin görüşü Donbasda müharibənin başlanmasına səbəb ola bilər
Nəticəsiz sona çatan Bayden və Putin görüşü Donbasda müharibənin başlanmasına səbəb ola bilər
08.12.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Ötən gün ABŞ və Rusiya prezidentləri videofirmatda iki saata danışıqlar apardı. Hər il demək olar ki, iki dövlətin rəhbəri bir araya gəlib, beynəlxalq təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlər müzakirə edilir.

V. Putin və C. Bayden  il ərzində ikinci dəfədir  danışıqlar aparır. Ukrayna böhranına həsr olunan bu danışıqlar hər iki dövlətin  maraqlarının toqquşduğu bir böhrandır və qarşılıqlı güzəşt burada əldə olunması mümkün görünmür və  tərəflərdən birinin geri çəkilməsi isə,  beynəlxalq nüfuzunun zədələnməsinə gətirib çıxarar. Ona görə də Ukrayna məsələsində aparılan danışıqlarda hər iki tərəf öz mövqeyində qaldı və hətta kəskin tonda bir-birlərinə qırmızı xətti xatırladıblar. .

Artıq ABŞ və NATO Ukraynanı müdafiə edir. Rusiya qarşında real güc gördü. Bu danışıqlardan sonra Rusiyanın Ukraynaya açıq  hücumu real görünmür.

Ukrayna və Rusiya arasında mümkün eskalasiyanın başlanması ilk növbədə Kiyevin atacağı hərbi addımlardan asılı ola bilər.
Ukraynanın Donbas  istiqamətində hərbi əməliyyatları başlanması mümkündür. Bu halda Moskva geniş şəkildə hücum etməyəcək, Donbasda öz hərbi qüvvələri ilə müharibədə iştirak edəcək. Ukraynanın digər şəhərlərlərinə Moskva hücum etməsi gözlənilmir. Çünki,  bu halda digər ölkələrin hərbi qüvvələri və ağır sanksiyalarla qarşılaşmalı olar. Donbasda müharibə başlasa, Ukrayna bir neçə qəsəbəni işğaldan azad edib, növbəti atəşkəs imzalana bilər.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az