Neftin ucuzlaşması davam edir
30.10.2019

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,88% azalaraq 1 barelə görə 61,05 dollar təşkil edib.

Visiontv.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,49% azalaraq 55,27 dollar təşkil edib.