Neftin qiyməti əvvəlki səviyyəyə qayıtmaya bilər
29.05.2020

Amerikanın JP Morgan şirkəti “Brent” markalı neftin qiymətinin ilin sonuna qədər “bir barelə görə 40 dollardan bir qədər aşağı olacağını proqnozlaşdırır”, - Bankın idarəedici direktoru və baş iqtisadçısı Brüs Kasman Turan-ın Vaşinqton müxbirinə bildirib.

Visiontv.az xəbər verir ki, Dövlət Departamentinin Mətbuat Mərkəzinin təşkil etdiyi dünya iqtisadi perspektivləri üzrə virtual brifinq zamanı jurnalistlər qarşısında çıxış edən Kasman koronavirusun Azərbaycan, Rusiya və digər neftlə zəngin ölkələrin sıravi vətəndaşlarına təsirinə toxunub.