Neftçalada Ulu öndərin xatirəsi anılıb
10.05.2021

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti daim yüksək fəxr hissi ilə qeyd olunur, əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.

Ulu Öndərin doğum günü münasibətilə Neftçala şəhərində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayonun hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Təhsil şöbəsinin, şəhid ailələrinin və digər məsul şəxslərin iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasına əməl olunmaqla məhdud sayda şəxslərin iştirakı ilə Heydər Əliyev mərkəzində tədbir təşkil olunub. Tədbirdən öncə Ulu Öndərin Neftçala şəhərində ucaldılan əzəmətli heykəli qarşısına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. Tədbir iştirakçıları Heydər Əliyev mərkəzində Ulu Öndərin zəngin və maraqlı ekspozisiyaları ilə tanış olublar. 

Tədbirdə dövlət himni səsləndikdən və Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra başlanılıb. 

Tədbirə doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən Ümummilli Liderin mənalı ömür yolundan və titanik fəaliyyətindən bəhs olunan videorolikə baxılıb, dahi rəhbərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyi və möhkəmləndiyi vurğulanıb.
 Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Ali Baş Komandanın müzəffər Sərkərdəliyi ilə uzun illər ərzində davam edən münaqişənin 44 gün ərzində tam Zəfərlə yekunlaşdığını, ata vəsiyyətinə əməl edərək torpaqlarımızı işğaldan azad etdiyini qeyd edib. Prezident İlham Əliyevin azad edilmiş Qarabağda ucaltdığı müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də ulu öndərimizin ruhlarına ən böyük ehtiramdır.
RİH başçısı vurğuladı ki,  "Bu gün cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın yeni təhlükəsizlik sistemini, müasir iqtisadi-siyasi inkişaf konfiqurasiyasını yaradıb və regiondakı bütün dövlətlər Azərbaycana ehtiramla yanaşır".

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun Ümummilli Liderin ideyalarının və ölkəmizin nailiyyətlərinin dünyada geniş təbliğində, əhalinin rifahına xidmət edən sosial layihələrin gerçəkləşməsində nəcib və xeyirxah fəaliyyəti qeyd olunub.