Neft yenə bahalaşdı
18.05.2020

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 3,17% artaraq 1 barelə görə 33,53 dollar təşkil edib.

Vidsiontv.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,96% artaraq 30,69 dollar təşkil edib.