Neft yenə 30 dolları keçdi
26.03.2020

ABŞ-da iqtisadiyyatın xilası üçün 2 trilyon dollarlıq paketin Konqres tərəfindən qəbul edilməsi dünya neft bazarına müsbət təsir göstərib.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neft yenidən 30 dollarlıq həddi keçərək 30,05 dollara satılmağa başlayb.

Nyu-York birjasında isə WTI nefti isə 24,55 dollara qədər yüksəlib.