Neft erası hansı mənada bitir...-İlham Şaban
04.08.2020

İl başlayanda BP-nin səhmləri $495 idi, bu gün hələ artıb $5,9.. ancaq $281 həddindədir - ilin əvvəlindən 43% ucuzlaşıb...

Yeni CEO Bernard Lui şirkəti azkarbonlu enerji relsinə keçirmək yolu tutub. Səhmdarlar da buna səs vermişdilər. Ancaq bu böyük məsrəflər tələb edir və bu il ilk dəfə səhmdarlara divident verməmək qərara alındı. Bir tərəfdən də COVİD-19 pandemiyası. Enerji bazarında vəziyyət onsuz da üzü mürəkkəbliyə doğru gedirdi, çünki rəqabət getdikcə artır, başqa bir tərəfdən isə aşağı qiymətlər iqtisadiyyatın bu sahəsində nə dəlmə-deşiklər mövcud olmuşdu indiyə qədər onları ortaya çıxarır (gəlir yaxşı olanda onları hər sahədə olduğu kimi malalamaq asandır axı) və investorlar axtarışa başlayırlar ki, səhmlərini hansı daha gəlirli və stabil dividentli sahələrə yönəltsinlər.

“Neft erası bitir” deyəndə söhbət ilk öncə KAPİTALdan gedir, kimlər ki, bazar iqtisafiyyatında yaşayır onların marağında qoyduğun dolların sabah nə qədər bahasına GERİ QAYITMA marağıdır - real KAPİTALİZM budur! Əgər səni kapital yox, ƏMTƏƏ hasilatı maraqlandırırsa, o şirkətlər, o dövlətlər üçün NEFT erası hələ 100 ildən də çox davam edə bilər - lap odun və kömürə yanacaq kimi baxanlar - bitmir ki.. onları ki, ekologiya maraqlandırmır ki... təki QAZAN qaynasın, kimə də nə düşdü düşdü, Allah kərimdir...

Visiontv.az