24.011.2020
Axtar
Ölkə
alt

Nə yaxşı ki, bu gün Azərbaycan öz müqəddəratını həll etmək gücündədir - Numan Kurtulmuş

“Qarabağ məsələsində hər kəsi vicdanlı, tərəfsiz olmağa dəvət edirəm. İmperialist qüvvələr Ermənistanın tərəfini tutmaqdan əl çəksələr, Azərbaycan çox qısa zamanda bu problemi həll edəcək”.

Visiontv.az-ın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş CNN Türkə müsahibəsində deyib.

O bildirib ki, bəzi ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqe nümayiş etdirirlər.

“İmperialist qüvvələr istəsələr Qarabağ məsələsini bir gündə həll edə bilərlər. Amma Cənubi Qafqazda hegemonluqlarını itirməmək üçün bunu etmirlər. Onlar belə münaqişələrin mövcud olmasında maraqlıdırlar. Kəşmir, Kipr probleminin həll olunmasını da istəməyən onlardır. 30 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edən, günahsız mülki insanları, uşaqları, qocaları qətlə yetirən Ermənistandır. Əgər bunu Azərbaycan etmiş olsaydı, dünyanı Azərbaycanın başına yıxardılar. Amma nə yaxşı ki, bu gün Azərbaycan öz müqəddəratını həll etmək gücündədir”, - deyə N. Kurtulmuş qeyd edib.

Şərh