Nə planlı iqtisadiyyat, nə də bazar iqtisadiyyatı özlərini tam doğrultmurlar-Nadir Qocabəyli
07.08.2020

Biz SSRİ dövründə planlı iqtisadiyyatın fəsadlarını yetərincə görmüşük.

İndi də bazar iqtisadiyyatından əziyyət çəkirik...

İqtisadçı olmasam da hesab edirəm ki, hər bir dövlət və cəmiyyət öz xüsusiyyətlərinə uyğun olaraq iqtisadiyyatın hər iki növündən istifadə etməlidir. Artıq sosializm və kapitalim yanaşmaları özünü doğrultmur. Dövlət hər bir istehsal, ticarət, ixrac-idxal sahəsi üçün optimal, istismarı, yeyintiləri, pripiskaları, saxtakarlığı və digər neqativ halları minimuma endirən üsul və vasitələr, mexanizmlər tapmalı, qanunlar, qaydalar, əsasnamələr hazırlamalıdır.

Dövlət asan yolla və çox qazananlardan alıb, çətin yolla az qazananlara, ciddi ehtiyacı olanlara verməyin düzgün mexanizmini işləyib həyata keçirməlidir. Əyləncədən, eyş-işrətdən, kef-damaqdan alıb, müdafiə xərclərinə, mədəniyyətə, kitaba, təhsilə, uşaqlara, əlillərə xərcləməli və elə etməlidir ki, mizan-tərəzi pozulmasın...

visiontv.az