Nə özləri vətəndaşlarına kömək edir, nə də bizə imkan verirlər ki, yardım çatdıraq
Nə özləri vətəndaşlarına kömək edir, nə də bizə imkan verirlər ki, yardım çatdıraq
02.02.2023 Elxan Şahinoğlu Tərəfindən

İranda zəlzələ nəticəsində evləri dağlan və soyuqda açıq havada gecələyən və ərzaq qıtlığı ilə üzləşən soydaşlarımıza necə kömək edə bilərik?

Bu sual çoxlarımızı narahat edir. Azərbaycanın İranla münasibləti gərgindir, terror hücumu nəticəsində Tehrandakı səfirliyimiz fəaliyyətini dayandırıb. Buna baxmayaraq, soydaşlarımıza kömək üçün İran hakimiyyətinə müraciət oluna bilər. Belə bir müraciət olunub, Tehran yardım təklifimizi rədd edib. Başqa alternativ yardımlarımızı Türkiyə üzərindən İrandakı soydaşlarımıza çatdırmaq olardı. Ancaq Tehran Türkiyənin də yardım təklifindən imtina edib. Nə özləri vətəndaşlarına kömək edir, nə də bizə imkan verirlər ki, yardım çatdıraq. Tehranın Urmiya gölünün qurumasına və ekoloji fəlakətə seyrçi qalmasıyla zəlzələ qurbanlarına münasibətində heç bir fərq yoxdur. Eyni siyasətdir.

Daha nə edə bilərik? Variantlardan biri Araz çayının şimal sahilində müvəqqəti çadır şəhərciyi quraraq zəlzələ qurbanı olan soydaşlarımıza sahib çıxmaqdır. Ancaq bunun reallaşması üçün sərhədi müvəqqəti açmalı və zəlzələdən zərər çəkən soydaşlarımızı ölkəmizə dəvət etməliyik. İran buna da mane olarsa Tehranın vətəndaşlarını ölümə məhkum etdiyi aydınlaşacaq.

Elxan Şahinoğlu

visiontv.az