“Nə deyirsiz deyin, mənim xalqım məni həm namizəd, həm də Prezident edəcək”
“Nə deyirsiz deyin, mənim xalqım məni həm namizəd, həm də Prezident edəcək”
30.01.2023 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “Altılı masa nə deyir? `Namizəd ola bilməz` deyir. Nə deyirsiz deyin, mənim xalqım məni həm namizəd, həm də Prezident edəcək” dedi.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Bilecik vilayətində gənclərlə görüşən Ərdoğan, gənclərdən aldıqları enerji coşquyla ölkəni böyütmək, xalqı gücləndirmək mübarizəsini qucaqladıqlarını, hər dəfə gənclərlə görüşəndə gəncliyinə qayıtdığını, ruhən cavanlaşdığını bildirib. 

Ərdoğan deyib:

“Gənclər, azad Türkiyənin yolunu əsarət zəncirləri ilə kəsmək istəyənlərə imkan verməyin. Gənclər, müstəqil Türkiyənin ayağına qandal vurmağa çalışanlara əsla imkan verməyin. Gənclər, hərbi gücü, diplomatik çevikliyi, `Türkiyə Əsri`ni birlikdə yüksəldin. Gənclər, ölkəmizin nailiyyətlərini qəbul edin və məqsədlərinə doğru əzmlə addımlayın.”

İlahə Əliyeva