Nə Azərbaycan Almaniyanı Fransa gözündə görür, nə də Berlin bizim regionda Paris sayaq davranmağı planlaşdırır
Nə Azərbaycan Almaniyanı Fransa gözündə görür, nə də Berlin bizim regionda Paris sayaq davranmağı planlaşdırır
14.03.2023 Sahib Alıyev Tərəfindən

Fevralın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsla görüşdə sözü gedən ölkənin şirkətlərini ölkəmizə yatırım qoymağa dəvət etmişdi.

Və elə həmən görüşdə alman şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun yaradılmasından tutmuş yaşıl enerji istehsalınadək bir çox sahələrdə bizimlə əməkdaşlıq edə biləcəkləri vurğulanmışdı.

Aradan heç bir ay keçməmiş cənab İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşməsi onu göstərir ki, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinə start verilir.

Bu, həm də onu göstərir ki, nə Azərbaycan Almaniyanı Fransa gözündə görür, nə də birinci bizim regionda ikinci sayaq davranmağı planlaşdırır. Avropa Birliyi çərçivəsində razılaşdırılmış xarici siyasət yeritmək heç də Makron kimi avantüraya meylli və məsuliyyətsiz birinin istəyinə uyğun hərəkət etmək demək deyil.

Millət vəkili Sahib Alıyev

visiontv.az