Nazirlik və MEDİA jurnalistlər üçün təlimlərə start verir
Nazirlik və MEDİA jurnalistlər üçün təlimlərə start verir
22.02.2021 MEDİA Tərəfindən

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə onlayn silsilə təlimlərə start verilir.   “2007-2015-ci il Dövlət Proqramı” məzunlarının iştirakı ilə 24 fevral 2021-ci il tarixində media üçün onlayn təlim keçiriləcək.  Təlim "Sosial media marketinqi nədir?”, “SMM kanalları və onların özəllikləri”, “PR və təhsil sahəsində SMM-in rolu” mövzularını əhatə edir. 

Təlim saat 11:00-dan 13:00-dək nəzərdə tutulur. 
 
İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün son tarix 23 fevral saat 20:00-dır.
 
Qeydiyyat üçün link: https://form.jotform.com/210242852278454