23.010.2019
Axtar
Hava
alt

Nazirlik əhalini ehtiyyatlı olmağa çağırdı: Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 21-dən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın VisionTV.az-a verdiyi məlumata görə, sentyabrın 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.

"Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşın saxlamasınlar. Uşaqları küləkli havada həyətə nəzarətsiz buraxmasınlar. Bir daha əhalini ehtiyatlı olmağa çağırırıq", - xəbərdarlıqda bildirilir.

Şərh