Nazirlər Kabinetinin Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub
04.05.2019

Nazirlər Kabinetinin Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub

Nazirlər Kabinetinin Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub.

 

Visiontv.az verir ki, bu barədə ONA-ya Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.

 

O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: "Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”.

 

Qeyd edək ki, mayın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.