Nazilə Səfərli və Xoşqədəm Hidayətqızı arasında məhkəmə çəkişməsi başa çatdı - Qərar
20.12.2019

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi nəhayət ki, başa çatıb.

"Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir".

Visiontv.az xəbər verir ki, bu sözləri Bizimyol.info-ya Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev bildirib. O eyni zamand qeyd edib ki, şairə İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir".

"Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir: Nizami rayon Məhkəməsinin qətnaməsi ilə Nazilə Səfərli və İsa Şükürova qarşı iddiamız təmin edilmişdi.Həmin qərardan jurnalist İsa Şükürov apelyasiya şikayəti verməmişdi. O, məhkəmənin qərarı ilə razılaşmışdı. Amma şairə Nazilə Səfərli həmin qərardan narazı qalmışdı və apelyasiya şikayəti vermişdi.Həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 14 iyun 2019-cu il qətnaməsi ilə Nazilə Səfərlinin apelyasiya şikayətini rədd etdi və həmin qətnaməni dəyişdirmədən qüvvədə saxladı.Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir, eyni zamanda İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir.

Vəkil qeyd edib ki, onlar məhkəməyə şairə Nazilə Səfərlinin (Cəfərova) bir sıra saytlarda "Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün", eyni zamanda özünün istifadə etdiyi instaqram sosial şəbəkəsində Xoşqədəm Hidayəqqızının efirdə dediyi fikirləri təhrif edərək "Xoşqədəm dövlətin əleyhinə gedir", "Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır", "Xoşqədəm verilişin adını dəyişib "axırıncı yol" qoysun" başlıqlı açıqlamaları ilə bağlı müraciət edib.