Nazarbayev-Tokayev qarşıdurması ölkənin Rusiyanın nəzarətinə keçməsini şərtləndirdi
Nazarbayev-Tokayev qarşıdurması ölkənin Rusiyanın nəzarətinə keçməsini şərtləndirdi
07.01.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Mərkəzi Asiyanın ərazi və iqtisadi cəhətdən böyük ölkəsi olan Qazaxıstanda hakimiyyət bölgüsündə narazılıq və xarici siyasət üzrə Nazarbayev -Tokayev tandeminin ayrı-ayrı xətti izləməsi, ölkənin Rusiyanın nəzarətinə keçməsini şərtləndirdi.

N. Nazarbayev Qərblə əlaqələrə üstünlük verir, ABŞ -la ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və bunu həyata kecirməyə çalışır və Mərkəzi Asiyada Vaşinqtonun siyasətinin formalaşdırılması istiqamətində siyasət aparırdı.

Prezident K. Tokayev isə,  Rusiya və Çinlə siyasi-iqtisadi əlaqələrin inkişafında və bu iki ölkə ilə sıx əməkdaşlıqda maraqlıdır. Nəticədə hakimiyyətdə maraqlar toqquşurdu. Artıq post-Nazarbayev dövrü Qazaxıstanın Rusiyadan asılı olması dövrü olacaq.

Qeyd edim ki, Nazarbayevə qarşı Tokayev təzyiqlərə başlamışdı və elbaşını uzaqlaşdırılması istiqamətində müəyyən manevrlər edirdi. Təbii ki, Nazarbayev bu təzyiqlərə qarşı etirazları formalaşdırmaqla, Qərbdən dəstək almağı planlayırdı. Nəticədə isə, proseslər Tokayevin ssenarisinə uyğun olaraq Rusiyanın  dəvət edilməsi ilə nəticələndi. N. Nazarbayevin səssizliyi onun siyasi mübarizədə məğlub olmasıdır. Demək olar ki, prezident Tokayev Nazarbayevin yaxın qohumlarını yüksək vəzifədən uzaqlaşdırıb.

N. Nazarbayev geopolitik nizamda Mərkəzi Asiyada Qərbin partnojarliğını təmin etmək istiqamətində yürütdüyü siyasət iflasa uğradı. Rusiya Qazaxıstan siyasəti ilə  "sabitləşdirici" ölkə statusu almaqla NATO ilə danışıqlara gedəcək. Prezident V. Putin Ukrayna, Belarus və Qazaxıstan məsələsində Qərblə danışıqlarda əlini xeyli gücləndirib. Amma, bu taktiki gedişdir. Strateji planda Rusiyanın Belarus və Qazaxıstan siyasəti ugurlu olmayacaq.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini

Visiontv.az