Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi
08.03.2021

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib. Visiontv.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə,  Ə. Əhmədov  mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.