NATO Vətən müharibəsinin hərbi və siyasi nəticələrini təsdiqlədi - İbrahim Məmmədli ilə "Həftəyə baxiş"
Videonu Aç
NATO Vətən müharibəsinin hərbi və siyasi nəticələrini təsdiqlədi - İbrahim Məmmədli ilə "Həftəyə baxiş"
20.12.2021 İbrahim Məmmədov Tərəfindən

NATO-Azərbaycan münasibətləri: NATO Vətən müharibəsindən sonra bir daha Azərbaycanın ərazi bütövlüyünü, Vətən müharibəsindən sonrakı geosiyasi vəziyyəti, Vətən müharibəsinin hərbi və siyasi nəticələrini təsdiqlədi…

- Prezident İlham Əliyevin çıxışının əsas tezisləri: 1. Azərbaycan 20-dək NATO üzvünə neft ixrac edir; 2. Alyansın 4 üzv ölkəsi Azərbaycandan qaz idxal edir; 3. Azərbaycan qaz ixrac etdiyi NATO üzvlərinin coğrafiyasını genişləndirə bilər; 4. Azərbaycan etibarlı enerji təminatçısıdır; 5.Azərbaycan alternativ enerji təminatçısıdır; 6. Azərbaycan NATO ilə operativ hərbi uzlaşmanı inkişaf etdirməyə hazırdır; 7. Azərbaycan NATO-nun etibarlı tərəfdaş olduğunu Əfqanıstanda da sübuta yetirib; 8. Azərbaycan Ermənistanla sülh şəraitində yaşamağı planlaşdırır və regionda sülhün və çiçəklənmənin lokomotivi olmağa hazırdır.

- Y.Stoltenberq: “..biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırlması imkanının əldə edilməsini alqışlayırıq. …NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. ..bu gün üçtərfəli görüşün keçirilməsini alqışlayıram. ..münasibətlərin normallaşdırılması düzgün məcrada gedir”.

- ZƏNGƏZUR DƏHLİZİ: HÜQUQİ REJİM MÜZAKİRƏ OLUNUR

- ŞARL MİŞELİN BƏYANATI: ƏSAS MƏQAMLAR

- BRÜSSEL DANIŞIQLARI MOSKVA VƏ SOÇİ DANIŞIQLARINI TƏSDİQLƏDİ

- BRÜSSEL DANIŞIQLARINDA YENİLİKLƏR: 1. İKİTƏRƏFLİ FORMAT-BİRBAŞA DİALOQ; 2. Aİ İLƏ İQTİSADİ MƏSLƏHƏT PLATFORMASI; 3. SƏRHƏD VƏ GÖMRÜK NƏZARƏTİNDƏ “QARŞILIQ PRİNSİPİ”; 4. AVROPALI EKSPERTLƏR SƏRHƏD MƏSƏLƏSİNDƏ

- Azərbaycanın xarici siyasətinin konkret nəticələri

- Ötən həftənin əsas nəticələri:

- Azərbaycanın NATO-nun Cənubi Qafqazda mühüm tərəfdaşı kimi statusu təsdiqləndi;

- NATO Vətən müharibəsindən sonra bir daha Azərbaycanın ərazi bütövlüyünü, müharibənin hərbi, siyasi və hüquqi nəticələrini təsdiqləmiş oldu;

- NATO Vətən müharibəsindən sonrakı geosiyasi vəziyyəti təsdiqlədi;

- NATO Brüssel danışıqlarını dəstəkləyir;

- Brüssel danışıqlarında Aİ indiyə qədərki danışıqlar prosesini və qəbul olunmuş qərarları tanıdı;

- Brüsseldə danışıqların yeni, ikitərəfli formatı başladı;

- Danışıqlarda yeni bir meydança - Brüssel meydançası formalaşdı;

- Azərbaycan geosiyasi qarşıdurmada olan iki əks qütbləri –Rusiya və NATO-Aİ- qütblərini Vətən müharibəsinin nəticələrinə münasibətdə bir araya gətirə bildi.

Visiontv.az