Namaz əməlləri zamanı hara baxmaq lazımdır
19.12.2018

Namaz əməlləri zamanı hara baxmaq lazımdır?

Ümumiyyətlə, namaz zamanı gözləri hərlətmək, qəsdən qırpmaq, ora-bura baxmaq bəyənilmir. Bu, namazı batil etməsə də, savabını azaldır.

Visiontv.Az islam.az-a istinadən bildirir ki, namazda ayaq üstə durarkən (qiyam halında surələri oxuyarkən) qarşıdakı möhürə baxmaq müstəhəbdir. Rükuya əyiləndə boynu irəli gərib ayaq pəncələrinin arasına baxmaq bəyənilir. Təşəhhüd və salamları deyərkən, insanın öz ətəyinə, yəni dizləri səviyyəsinə baxması müstəhəbdir. Bu qaydalar namazda diqqətli olmağa və diqqətin yayınmasının qarşısını almağa kömək edir. Bütün namaz boyunca, o cümlədən, səcdə zamanı gözləri yummaq xoş qarşılanmır.