Müharibədə qalib olmağımıza kömək edən peyklər - VİDEO
Videonu Aç
Müharibədə qalib olmağımıza kömək edən peyklər - VİDEO
29.01.2021 Elvin ABBASOV Tərəfindən

Qısa zamanda Azərbaycan ordusunun möhtəşəm qələbə əldə etməsi heç də təsadüfi deyil. Yeni nəsil texnologiyalardan istifadə və hərbi texnikanın müasirliyi qələbənin yardımçısı oldu. Burada peyk texnologiyasının rolunu xüsusi vurğulamaq lazımdır. 

Məlumdur ki, 2013-cü ildən bəri Azərbaycan orbitə üç peyk buraxıb. Vətən müharibəsi dövründə bu texnologiya vasitəsilə düşmənin hərəkətlərini onlayn formada izləmək və onların təxribatlarının qarşısını almaq mümkün olub ki, bu da bizə əlavə üstünlük yaradıb. 

İKT üzrə ekspert Elvin Abbasov Baku TV-ə müsahibəsində bildirib ki, peykdən təqdim edilən məlumatlar əsasında indi daha böyük səmərə ilə minatəmizləmə işləri görülür.

Bundan başqa kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Bir sözlə, bizim həm telekommunikasiya, həm də Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün böyük imkanlar yaradır. 

Daha ətraflı Baku TV-nin süjetini təqdim edirik: