Müharibə qışın sonuna qədər: ABŞ-da Zelenskinin gözləntilərinin nə dərəcədə real olduğunu qiymətləndirdilər
Müharibə qışın sonuna qədər: ABŞ-da Zelenskinin gözləntilərinin nə dərəcədə real olduğunu qiymətləndirdilər
30.06.2022 MEDİA Tərəfindən

ABŞ Rusiya ilə Ukrayna arasında müharibənin ilin sonuna qədər bitməsi imkanını görmür. Çünki Kremlin rəhbəri Vladimir Putin hücuma davam etmək istəyir.

Bu barədə Bloomberg-ə müsahibəsində Pentaqonun spikeri Con Kirbi  məlumat verib.

O, jurnalistin prezident Vladimir Zelenskinin müharibənin ilin sonuna qədər bitəcəyi ilə bağlı gözləntiləri kimi hədəfin həyata keçirilməsinin mümkün olub-olmaması sualına cavab verib.

"Biz istərdik ki, müharibə bu gün bitsin. Və əgər Putin bunu istəsə, bu gün başa çata bilər. Lakin Putin danışıqlar aparmaq niyyətində olmadığını göstərir. O, Ukraynaya hücumu davam etdirmək və hərbi məqsədlərə nail olmaq niyyətində olduğunu göstərir", - Kirbi deyib.

O əlavə edib ki, buna görə də Birləşmiş Ştatlar gələcəkdə Ukraynaya müdafiəsini gücləndirməkdə kömək etməyə davam edəcək.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski G7 liderlərinə qış gələnə qədər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə son qoymasını istədiyini demiş və bu işdə kömək istəyib.

Əli Əliyev

visiontv.az