Müdafiə nazirliyinin bu məsələ ilə bağlı açıqlamasını qəbul edə bilmirəm-deputat Razi Nurullayev
23.09.2020

Deputat Qüdrət Həsənquliyev belə deyib: "...Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər".

Söhbət əlində silah Azərbaycan əsgərinə atəş açmağa hazırlaşan, onu öldürmək istəyən əli silahlı Anna Akopyandan gedir. Mən dövlət rəsmilərinin bununla bağlı bəzi narahatlıqlarını bölüşə və onları anlaya bilirəm. Bu da bir siyasətdir. Amma, Azərbaycanın Müdafiə nazirliyinin bu məsələ ilə bağlə bəyanatını, yaxud açıqlamasını qəbul edə bilmirəm. Çox məyus oldum. Belə də müharibə udmaq olar? Sadəcə, mesajımı verdim və daha çox deməyin də anlamı yoxdur.

Deputat, partiya sədri Qüdrət Həsənquliyev bir hüquqşünas kimi mülki, silahsız şəxsləri nəzərdə tuta bilməzdi və bunu heç zaman etməz də. Azərbaycanın heç bir vətəndaşı, əsgəri, zabiti, ümumiyyətlə heç bir azərbaycanlı mülki vətəndaşa, uşağa, qadına və qocaya silah qaldırmaz, əsir götürməz. Uşaqları qətlə yetirən, qocaları öldürən, əsir qadınlarımızın başına insanlığa yaraşmayan oyunlar açan erməni əsgəri, zabiti və siyasi rəhbərliyi olub.

Xəbəriniz olsun ki, Anna Akopyan Müdafiə Nazirliyinin köməyi ilə növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir. Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək və Azərbaycan əsgərlərinin maketinə ataş açacaq, onları öldürməyi məşq edəcək.

Mən bütün tərəqqipərvər dünyanı Paşinyanın arvadı Anna Akopyanın bu hərəkətlərini ən kəskin şəkildə pislməyə çağırıram. Anna Akopyanın hərəkətləri ölüm saçır və şiddətli şəkildə pislənilməlidir.

Bir qadın sülh rəmzi olmalıdır, sülhə çağırış etməlidir. Qoy dünya Azərbaycan və Ermənistan qadınlarını müqayisə etsin. Birinci xanımlar səviyyəsində. Həqiqətlər o zaman üzə çıxacaq!

Visiontv.az