Müctəba Xameneinin ayağının amputasiya olunma ehtimalı nəzərdən keçirilirdi"
09.06.2026

Müctəba Xameneinin ayağı müharibənin ilk günündə yaralanmışdı və onun amputasiya olunma ehtimalı nəzərdən keçirilirdi". Bunu, İranın Ekspertlər Şurasının (Xobreqan Məclisi) üzvü Əhməd Xatəmi deyib.

"Müharibənin ilk günü hücum zamanı o, ayağından yaralanmışdı; həmçinin ayağının amputasiya edilməsi ehtimalı da var idi, lakin bu baş vermədi və o, hazırda tam sağlamdır",- deyə hökumət mollası bildirib.

Bu açıqlama elə bir vaxtda verilir ki, İiranın keçmiş rəhbəri Əli Xameneyinin ofisinə edilən hücumdan bəri Müctəba Xameneyinin heç bir real fotosu və ya səs yazısı yayımlanmayıb.

visiontv.az