15.012.2019
Axtar
Ölkə
alt

Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır

Azərbaycanlı iş adamı, Türkiyədə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov “Instagram” hesabında şirkətində vakant yerlərə vakansiyanın olması haqda məlumat verib.

İş adamı Azərbaycan vətəndaşları üçün 300 yerə vakansiya elan edib

Visiontv.az-ın Banker.az-a istinadla verdiyi xəbərə görə, sözügedən statusu təqdim edirik:

“Dəyərli dostlarım, bacılarım və qardaşlarım. Mənə hər zaman müraciət edirsiz. Hamısını tək-tək oxuyuram. Sizin ürək sızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz. Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur. Ona görə də, şirkətdə bir araya gəlib yeni vakant yerlər açdıq. Gəmilərimizə əlavə 300 işçi götürəcəyik. Bu arada onu da sevinərək və qürurlanaraq deyim ki, gəmilərimizdə çalışan işçilərimizin 60 faizi həmvətənlərim, Azərbaycan vətəndaşlarıdır. Amma bu işdə siz də bizə kömək etməlisiniz.

Dənizçilik sənəti olmayan, amma bizdə işləmək istəyən dostlar, Bakıda artıq uzun zamandır anlaşdığımız və çalışdığımız iş ortağımız var: İlham Nəsirov i.nasirov@az-mariner.az (+994 55 226 48 99), O, sizə düzgün istiqamət verəcək. Dənizçilik kurslarına yönləndirəcək və siz də oranı bitirdikdən sonra bizim gəmilərdə işə götürüləcəksiniz. Maaşlarımız ailənizi saxlaya biləcək maaşlardır. Bizdən ofis işi gözləməyin, bu bir dənizçi şirkətidir. Bizim pulumuz dənizdən çıxır. Biz bəzi məmurlar kimi haram yolla pul qazanmır, dövlətin cibinə girmirik, xaricə pul qaçırtmırıq. Biz əziyyətlə, halallıqla qazanırıq və qazandığımızı yenə xalqımızın yolunda xərcləməkdən qürur duyuruq. Kaş ki, xaricdə yaşayan digər azərbaycanlı iş adamlarımız da öz həmvətənlərimizə kömək olaydılar.

Bizim dövlət güclü dövlətdir. Güclü dövlət qalması üçün birlikdə çalışmalı, insanımızın da güclü, savadlı, sağlam olmasına nail olmalıyıq”.

Şərh